20 Mayıs 2019 Pazartesi

Sabirlər, Savirlər, Suvarlar, Sabarlar, Sibirlər, Subarlar

Sabirlər[1], Savirlər[1], Suvarlar[1][2], Sabarlar, Sibirlər, Subarlar (d. 1029 – ö. 1105) "Divanü lüğat–it–türk/Türk dilinin sözlüyü" (1072–1074) əsərinə əsasən:

Ərəb dilində olan “(كتاب) kitab” sözünün türkcə qarşılğı “(پتك) bitik”dir
.[q.1]

13 Ekim 2018 Cumartesi

Abbasqulu ağa Bakıxanov Qacarlar haqqında

Abbasqulu ağa Bakıxanov "Gülüstani–İrəm" adını verdiyi əsərinin Nadir şahın vəfatından «Gülüstan» adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər adlanan V fəslində yazıb:

Əbdürrəzzaq bəy «Məasiri–sultaniyyə» adlı əsərində deyir: Abaqa xanın əmriylə bu tayfanın rəislərindən Sərtaq adlı bir nəfər, Arqun xana ətabəy təyin edilib, Xorasan və Təbəristanda əmirülüməra olmuşdu. Onun Qacar adlı bir oğlu vardı, bu tayfanın çoxu onun nəslindəndir. Onlardan (Qacarlardan) bir çoxu da zaman keçdikcə Rum və Şam vilayətlərinə getmişlər. Əmir Teymur onlardan 50.000 ailəni gətirib İrəvan, Gəncə və Qarabağ nahiyələrində yerləşdirdi. Onlar gündən-günə artıb, cah və cəlal sahibi oldular. Qacar əmirlərindən bir çoxu da Səfəvilər dövründə etibarlı hökümət adamları olub, Ermənistan və Şirvanda yüksək iqtidara malik idilər. İrəvan hakimləri həmin nəsildən olmuşdur. Gəncə və Qarabağ hakimləri də Ziyad oğlu ləqəbi ilə, Xudafərin körpüsündən başlayaraq Sınıq körpüdən yuxarı olan Şülaver kəndinə qədər hökmranlıq edirdilər. Bunlar, Muğanın böyük şurasında Nadir şahın səltənətinə razılıq verməyib Səfəviyyə dövlətinin bərqərar olmasını tələb edirdilər. Buna görə, Nadir şah İran səltənəti taxtına oturunca, onların əzəmət və iqtidarını qırmaq istəyərək, Qarabağ əhalisinin bir çoxunu Xorasana köçürdü. Bərgüşat və Xəmsə məliklərini onların ixtiyarından çıxarıb, Azərbaycan sərdarına tapşırdı... Qazax və Borçalı mahalı əhalisini Gürcüstan valisinin ixtiyarına verdi. Bu səbəblə həmin xanlar çox zəif düşüb, ancaq Gəncə ətrafının hökmranlığı ilə kifayətlənirdilər.
[1]

15 Eylül 2018 Cumartesi

Sökmən adının mənası (Mahmud Qaşqarlıya görə)

Mahmud Qaşqarlının (d. 1029 – ö. 1105) "Divanü lüğat–it–türk/Türk dilinin sözlüyü" (1072–1074) əsərinə əsasən:

(سكمان) Sökmən: igidlərə verilən bir addır. "Savaşda səfləri yaran, sökən" deməkdir. Bu "sökti nənqni" sözündən alınmışdır, "bir şeyi sökdü, atdı" deməkdir
.[1]

Ərəbcə yerinə türkcə: "kitab" yerinə "bitik"

Mahmud Qaşqarlının (d. 1029 – ö. 1105) "Divanü lüğat–it–türk/Türk dilinin sözlüyü" (1072–1074) əsərinə əsasən:

Ərəb dilində olan “(كتاب) kitab” sözünün türkcə qarşılğı “(پتك) bitik”dir
.[q.1]

14 Eylül 2018 Cuma

Suriyalı [Böyük] Mikayıl və salnaməsi

Suriyalı Mikayıl/Mixail (süryanicə. ܡܝܟܐܝܠ ܣܘܪܝܝܐ; ing. Michael the Syrian; rus. Михаил Сириец; d. 1126, Meliten/Malatya, Danişməndli bəyliyi – ö. 1199, Meliten/Malatya, Rum Səlcuqlu Sultanlığı) — süryani əsilli tarixçi, keşiş, 1166–1199–cu illərdə Suriya pravoslav/ortodoks kilsəsinin (ing. Syriac Orthodox Church) patriarxı, orta əsrlərdə süryani dilində yazılmış ən ətraflı “chronicle/salnamə” müəllifi. “Böyük Mikayıl” (süryanicə. ܡܝܟܐܝܠ ܪܒܐ; ing. Michael the Great; rus. Михаил Великий) kimi də tanınır. Salnaməsinin 1887–ci ilə aşkarlanmış (miladi 1598–ci ilə aid) yeganə [Edessa] əlyazması günümüzə gəlib çatmışdır.[1] Müəllif əsəri 1195–ci ildə yekunlaşdırsa da ölümündən sonra qardaşı onun tərcümeyi halını tamamlamış və əsərdəki hadisələrin təsvirini 1195–ci ildən 1199–cu ilədək uzatmışdır. Əsərin əlyazma orjinal süryanicə mətni girişdən, [başlıqlara bölünmüş] 21 “kitab”dan və altı əlavədən ibarətdir, 777 səhifədir. Əlyazmanın bir sürətini əldə edən fransız şərqşünas Jon–Batist Şabo (fr. Jean-Baptiste Chabot; d. 1860 – ö. 1948) onu fransız dilinə tərcümə etmiş, fransızca tərcüməni orjinal mətnlə birlikdə 4 cild şəklində nəşr etdirmişdir: I cild 1899–cu ildə, II cild 1901–ci ildə, III cild 1905–ci ildə, IV cild 1910–cu ildə. İlk üç cild fransızca tərcümə, 4–cü cild isə süryanicə orjinal mətndir. 
    Beləliklə, “Böyük Mikayıl salnaməsi”, XI kitab, VIII başlıqda yazılıb:

9 Eylül 2018 Pazar

Şihabəddin Məhəmməd ən–Nəsəvi

Xarəzmşahlar dövlətinin (1097–1231) son hökmdarı (1220–1231) sultan Cəlaləddin Mənqgüberdinin (ərəb. جلال الدین منکبرنی; türk. Celâliddîn Mengübertî; rus. Джелал ад–Дин Менгуберди; ing. Jalal al–Din Manguberdi; fr. Djelal–ed–Din Mankobirti; bəzi ilkin mənbələrdə və sikkələrdə "Mankburnı" yazılıb: "mank/xal" mənasını verirmiş yəni "burnu xallı"; d. 1099 – ö. 1231) şəxsi katibi/münşisi olmuş Şihabəddin Məhəmməd ən–Nəsəvinin (ərəb. شهاب‌ الدین محمّد النسوي; türk. Şihâbüddîn Muhammed en–Nesevî; rus. Шихаб ад–Дин Мухаммад ибн Ахмад ан–Насави; ing. Shihab al–Din Muhammad al–Nasawi; fr. Chihab al Dīn Moḥammad al–Nasawī; ö. 647/1249–1250, Hələb) hicri 639–cu (miladi 1241/1242–ci) ildə ərəbcə qələmə aldığı “Sirət əs–Sultan Cəlaləddin Mənqgüberdi/Sultan Cəlaləddin Mənqgüberdinin həyatı” (ərəb. سيرة السلطان جلال الدين منكبرتي للنسوي; türk. Sîretü's–Sultân Celâliddîn Mengübertî; rus. Сират ас–султан Джалал ад–Дин Манкбурны; ing. Sirat al–Sultan Jalal al–Din Manguberdi) adlı əsəri ümumi türk tarixi üçün önəmli mənbələrdən biridir.

13 Ağustos 2018 Pazartesi

Türk mənşəli "tonqa" və "qaplan" sözləri haqqında

Şəkildə gördüyünüz yırtıcı “Pişiklər (lat. Felidae)” fəsiləsindən “Böyük pişiklər (lat. Pantherinae)” yarımfəsiləsinə daxil olan “Panter (lat. Panthera)” cinsindən heyvan növüdür, adı latınca “Panthera tigris”, ingiliscə “tiger” olaraq yazılır. Azərbaycan türkcəsində bu heyvanı bildirmək üçün iki sinonim sözdən istifadə edilir: “pələng” və “qaplan”.[1] İlk öncə “qaplan” sözü haqqında bir neçə kəlimə izah yazaq: bu söz türk mənşəli olsa da "Divanü lüğat–it–türk/Türk dilinin sözlüyü" əsərində qeyd edilməyib. Əlimiz çatan sözlükləri incələdikdə “qaplan” sözünə iki kitabda rast gəldik: “Əski türkcənin sözlüyü (Leninqrad, 1969)” və “İbn Mühənna sözlüyü (İstanbul, 1934)”.

Azərbaycan şairi "Həzini" 1524–cü ildə dilimizin adını yazıb: türkcə !

Həzini — XV–XVI əsrlərdə yaşamış Azərbaycanlı şair–mütərcimdir, əsl adı bilinmir, "Həzini" təxəllüsüdür; haqqında əlimizdə demək olar ki, heç bir məlumat yoxdur. Yalnız bir əsəri məlumdur: ərəb dilindən türkcəyə çevirdiyi “Hədisi–Ərbəin” (Qırx hədis) əsərini 930/1524–cü ildə tamamlamışdır. O Azərbaycan ədəbiyyatında qırx hədis mövzusunda qələmə alınmış ilk bədii əsərdir və bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə orta yüzilliklərə aid ərəb, fars və türk dillərində yazılmış çoxsaylı “Qırx hədis”lərdən fərqli olaraq, burada hər bir hədisin məzmununa uyğun olaraq bir mənzum hekayət də qoşulmuşdur ki, bu da bir tərəfdən onu başqa hədis kitablarından fərqləndirir, digər tərəfdən isə əsərin estetik təsir gücünü, emosionallığını daha da qüvvətləndirir.