Almas İldırım etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Almas İldırım etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

1 Ağustos 2018 Çarşamba

Millətpərvər və vətənpərvər türk, böyük şair Almas İldırımı yad edərək

Almas İldırım (d. 24 mart 1907, Qala, Bakı quberniyası, Rusiya İmperiyası – ö. 14 yanvar 1952, Qala, Malatya ili, Türkiyə) — Azərbaycanlı, türk əsilli mühacir şair.

1907–ci ildə Bakı yaxınlığındakı Qala kəndində anadan olub, əsl adı Əbdülhəsən, atasının adı Hacı Əbdülməhəmməd, anasının adı isə Nisə idi.[1] Ailəsi ilə birlikdə 1913–cü ildən 1920–ci ilədək Şüvəlan kəndində, həmin ildən isə Çəmbərəkənddə yaşamışdı.[1] 1928–ci ildə Dağıstana[2], 1930–cü ildə isə Dağıstandan Türkmənistana[3] sürgün edildi. 1933–cu ildə xanımı və hələ 3 aylıq körpə olan oğlu ilə xəlvəti İrana keçməyə nail olur, ancaq orda da bir müddət ağır işgəncəyə məruz qalan şairi azad edən İran rəsmiləri Məşhədə göndərirlər.[4] 1933–cü ildə Türkiyəyə gələn şair bu ölkə timsalında özünə ikinci vətən tapmış və burda 17 il ömür sürmüşdür.[5] Şair 1952–ci il yanvarın 14–də bir ay əvvəl, 1951–ci ilin dekabrında bələdiyyəsində işə başladığı Malatyanın Qala qəsəbəsində dünyasını dəyişdi.[6]