Məhəmməd Əmin Rəsulzadə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Məhəmməd Əmin Rəsulzadə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

1 Ağustos 2018 Çarşamba

Məhəmməd Əmin Rəsulzadə: Şiəlik İran türklərini farslaşdırmışdır !

Məhəmməd Əmin Rəsulzadə İstanbulda işıq üzü görən “Türk Yurdu” jurnalında “İran türkləri” başlığı ilə dərc etdirdiyi 3–cü məqaləsində (bax: Türk Yurdu. 2. Cilt. Sayı 6 (18). İstanbul: Tanin Matbaası, 1912, s. 551–556.) yazır[1]:

    İranda türklər nə Rusiyada olduğu kimi tutsaq, nə də Türkiyədə olduğutək ağa ulus deyildir. İran türkləri köklü iranlı olan farslarla hüquqca bir yurddaşdırlar, bir haqları, bir üstünlükləri vardır, ögeylik çəkməzlər.
    500 [1000] ildən bəri İranda ağa olan padşahlar ancaq türk soyundan gəldilər. Bu gün dövlətə başçılıq edən Qacar soyu da Türkmən ellərindəndir. Ancaq İran ağalarının türk olması türklərə bir üstünlük vermədiyi kimi, fars ulusunun basqısına da nədən olmamışdır.

Məhəmməd Əmin Rəsulzadə: Nizami və Xətai

    Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda milli hərəkatın tarixinə həsr etdiyi (1920–ci ildə qələmə alıb; ilk dəfə 1923–cü ildə İstanbulda çap edilib) "Əsrimizin Siyavuşu" əsərində Azərbaycan türkü olan ədiblər və sairə məsələlər haqqında yazıb:

    Azərbaycan, İran–Turan çəkişməsinin bilavasitə bu cəhətlərinə əks–səda yeri olmuşdur. Burada Nizami, Xaqani, Fələki kimi hərarətli, farsca şer yazan azərbaycanlı türk şairləri yetişdiyi kimi, əsərlərini türkcə yazan Füzuli, Nəsimi, Xətai kimi türk şairləri də çıxmışdır.
    Azərbaycan teatrının vücudu, “türk Molyeri”, Mirzə Fətəli burada yetişdiyi kimi, “Səyahətnameyi–İbrahim bəy” adlı fars “Kuvadis”inin yazarı da yetişmişdir.
    Əbdürrəhim Talıbzadə elmi əsərlərini farsca yazmışdır.
    Azərbaycanın dəyərli alim və şairi bakılı Abbasqulu ağa əsərlərini qismən farsca, qismən də türkcə yazmışdır.

Məhəmməd Əmin Rəsulzadə: midyalılar və şumerlər

    Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda milli hərəkatın tarixinə həsr etdiyi (1920–ci ildə qələmə alıb; ilk dəfə 1923–cü ildə İstanbulda çap edilib) "Əsrimizin Siyavuşu" əsərində yazır:

    Bisütun kitabələrindəki bir çox zaman anlaşılmayıb və hansı insanlara mənsub olduğu kəşf edilməyən üçüncü lövhənin Medya dilində yazılmış olduğu təxmin edilmişdi. Sonra Assurcanın gəlişməsi və çivi yazısının oxunuşundakı müvəffəqiyyətlər bunun Turani cinsdə bir dil olduğunda şübhə qoymadı. Assur dili bizə assur–babil mədəniyyətinin qurucuları olan daha əski qövmlərdən bəhs etdi. Bunlar Sumerlərin Turani olduqlarını isbat edən vəsiqələr, Medya babında da yeni təxminlərə səbəb oldu. Fransız şərqşünaslarından Le Norman əski Şərq tarixinə aid nəşr etdiyi əsərində Medyaya “Turan Medya”sı deyir. Və digər arkadaşına təqdim edərək buradakı qövmlərin türk olduqlarını belə iddia edir.