Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda milli hərəkatın tarixinə həsr etdiyi (1920–ci ildə qələmə alıb; ilk dəfə 1923–cü ildə İstanbulda çap edilib) "Əsrimizin Siyavuşu" əsərində Azərbaycan türkü olan ədiblər və sairə məsələlər haqqında yazıb:
Azərbaycan, İran–Turan çəkişməsinin bilavasitə bu cəhətlərinə əks–səda yeri olmuşdur. Burada Nizami, Xaqani, Fələki kimi hərarətli, farsca şer yazan azərbaycanlı türk şairləri yetişdiyi kimi, əsərlərini türkcə yazan Füzuli, Nəsimi, Xətai kimi türk şairləri də çıxmışdır.
Azərbaycan teatrının vücudu, “türk Molyeri”, Mirzə Fətəli burada yetişdiyi kimi, “Səyahətnameyi–İbrahim bəy” adlı fars “Kuvadis”inin yazarı da yetişmişdir.
Əbdürrəhim Talıbzadə elmi əsərlərini farsca yazmışdır.
Azərbaycanın dəyərli alim və şairi bakılı Abbasqulu ağa əsərlərini qismən farsca, qismən də türkcə yazmışdır.
Azərbaycanda şiəliyin hər çeşidi bulunduğu kimi, sünni məzhəbindəki parçaların əksəri mövcuddur.
Çayxanalarında saz aşıqları tərəfindən “Aşıq Qərib”, “Koroğlu” və “Əsli və Kərəm” dastanları yana–yaxıla söylənir, hamamlarının divarlarında ağ devin köksünü parçalamış Rüstəm pəhləvanın rəsmi görünür.
Sazlarında “Kərəmi” tarlarında “Şahnaz” çalınıb, dağlarında “bayatı”, bağlarında “təsnif” oxunur. Bütün bunlar böyük dalğalar halında Xəzər dənizinin quzeyindən və güneyindən gələn türk boylarının X əsrdən etibarən Anadoluda olduğu kimi, Azərbaycanda da Siyavuş yaradılışında bir cəmiyyətin, bir xalqın varlığı isbat etməzmi ?
Mənbə: Мәммәд Әмин Рәсулзадә. Әсримизин Сијавушу. Чағдаш Азәрбајҹан әдәбијјаты. Чағдаш Азәрбајҹан тарихи. Редактору: Ариф Ачалов. Бакы: Кәнҹлик, 1990, с. 33. ISBN 5-8020-0772-9