Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda milli hərəkatın tarixinə həsr etdiyi (1920–ci ildə qələmə alıb; ilk dəfə 1923–cü ildə İstanbulda çap edilib) "Əsrimizin Siyavuşu" əsərində yazır:
Bisütun kitabələrindəki bir çox zaman anlaşılmayıb və hansı insanlara mənsub olduğu kəşf edilməyən üçüncü lövhənin Medya dilində yazılmış olduğu təxmin edilmişdi. Sonra Assurcanın gəlişməsi və çivi yazısının oxunuşundakı müvəffəqiyyətlər bunun Turani cinsdə bir dil olduğunda şübhə qoymadı. Assur dili bizə assur–babil mədəniyyətinin qurucuları olan daha əski qövmlərdən bəhs etdi. Bunlar Sumerlərin Turani olduqlarını isbat edən vəsiqələr, Medya babında da yeni təxminlərə səbəb oldu. Fransız şərqşünaslarından Le Norman əski Şərq tarixinə aid nəşr etdiyi əsərində Medyaya “Turan Medya”sı deyir. Və digər arkadaşına təqdim edərək buradakı qövmlərin türk olduqlarını belə iddia edir.
Iran tarixinin Medyada bulduğu Aryanilər, yerlilər deyildir. Onlar buraya Şərqdən gəldilər. Buradakı yerliləri sıxışdırdılar. Yerlilər birdən–birə təslim olmurdular. İllərlə müqavimət göstərmiş, mövcudiyyətlərini müdafiə və mühafizə etmişdilər.
Mənbə: Мәммәд Әмин Рәсулзадә. Әсримизин Сијавушу. Чағдаш Азәрбајҹан әдәбијјаты. Чағдаш Азәрбајҹан тарихи. Редактору: Ариф Ачалов. Бакы: Кәнҹлик, 1990, с. 32. ISBN 5-8020-0772-9