Şah İsmayıl Xətainin türkcə "Divan"ına daxil olan qəzəllərindən biri:
Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir,
Qaşınlan qamətin şəkli mana mehrabü mənbərdir.
Sən ey türki–pəri dilbər, əcaib sün’i–yəzdansan,
Görəldən bərlü rüxsarın sözüm Allahü əkbərdir.
Könül səhrayi–hicranda diləməz nafeyi–ahu,
Ayağın tоprağı, cana, mana çün müşkü ənbərdir.
Nə bürcün kövkəbisən sən, əya mehri–cəhan ta kim,
Camalın afitabından iki aləm münəvvərdir.
Bu gün ixlasü sidq ilə Xətayi valeh оlmuşdur,
Ki, yüzü şəm’i–ənvari, saçı anın müənbərdir.
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Ön sözün müəllifi: X. Yusifli; Tərtib edənlər: Ə. Səfərli, X. Yusifli. Bakı: "Şərq–Qərb" nəşriyyatı, 2005, s. 67–68. ISBN 9952-418-43-1