Şah İsmayıl Xətainin türkcə "Divan"ına daxil olan qəzəllərindən biri:
Sərxоşi–cami–ələstəm ta əbəd hüşyar məst.
Məsti–layə’qəl gəzərmən şəhr içində ar məst.
Sоrdular məndən ki, neyçün bidil оldun, mən dedim:
– Оl səbəbdən bidil оldum, dilbərü dildar məst.
Həqqinə aşiq оlanlar şirin cana qalmasın,
Didara müştaq оlanlar qibləsi didar məst.
Hər qəmişdən şəkkər оlmaz, hər tikəndən tazə gül,
Hər keyikin göbəyindən nafeyi–tatar məst.
Adəmi оldur ki, anda hüsnü xülqü lütf оla,
Adəmi demə anı kim, cübbəvü dəstar məst.
Daima istər Xətayi şah cəmalın görməgə,
Şоl gədayi–alihümmət talibi–didar məst.
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Ön sözün müəllifi: X. Yusifli; Tərtib edənlər: Ə. Səfərli, X. Yusifli. Bakı: "Şərq–Qərb" nəşriyyatı, 2005, s. 42–43. ISBN 9952-418-43-1