2 Ağustos 2018 Perşembe

Şah İsmayıl Xətai: Mülki–Əcəm sorar ki, qiyamət xaçan qopar?

Şah İsmayıl Xətainin türkcə "Divan"ına daxil olan qəzəllərindən biri[1][2]:

Bağdaş qurub otursa nigarım, fəğan qopar,
Dursa–otursa, fitneyi–axirzaman qopar.


Şirvan xəlayiqi xamu Təbrizə daşına,
Mülki–Əcəm sorar ki, qiyamət xaçan qopar?


Yetdükcə tükənür ərəbün kuyi, məskəni,
Bağdad içində hər necə kim, türkman qopar.


Çıxsa saraydən bu cahan varisin dutar,
Bir mürşidi–təriqət, pirü cəvan qopar.


Görmüşdü ta Xətayi əzəldən yəqin muni,
Nuhun əlaməti gəlür, andan tufan qopar
.

Mənbə: 
[1] V. Minorsky and Shāh Ismā'īl I. The Poetry of Shāh Ismā'īl I // Bulletin of the School of Oriental and African Studies, University of London. Vol. 10, No. 4. Published by Cambridge University Press on behalf of School of Oriental and African Studies. — 1942, p. 1035a.
[2] Şah İsmayıl Xətayi. Əsərləri. Ön sözün müəllifi: X. Yusifli; Tərtib edənlər: Ə. Səfərli, X. Yusifli. Bakı: "Şərq–Qərb" nəşriyyatı, 2005, s. 90. ISBN 9952-418-43-1