2 Ağustos 2018 Perşembe

Səfəvilər İmperiyasına aid bayraq, hicri 1107–ci (miladi 1695/1696) il

Nyu–Yorkda yerləşən Metropolitan İncəsənət Muzeyində saxlanılan, Səfəvi sülaləsinə aid 137 eksponatdan biri: İsmayıl Kaşani (adı mərkəzdə göy rəngli xananın daxilində qızılı hərflərlə yazılıb) tərəfindən hicri 1107–ci (miladi 1695/1696) ildə ipək parçadan hazırlanmış əsasən qırmızı rəngdə olan bayraq. Uzunluğu 179.1 sm, eni 88.9 sm, inventar nömrəsi 38.167 olan bu bayraq Rocer fondu tərəfindən muzeyə hədiyyə edilmişdir.