Almas İldırım (d. 24 mart 1907, Qala, Bakı quberniyası, Rusiya İmperiyası – ö. 14 yanvar 1952, Qala, Malatya ili, Türkiyə) — Azərbaycanlı, türk əsilli mühacir şair.
1907–ci ildə Bakı yaxınlığındakı Qala kəndində anadan olub, əsl adı Əbdülhəsən, atasının adı Hacı Əbdülməhəmməd, anasının adı isə Nisə idi.[1] Ailəsi ilə birlikdə 1913–cü ildən 1920–ci ilədək Şüvəlan kəndində, həmin ildən isə Çəmbərəkənddə yaşamışdı.[1] 1928–ci ildə Dağıstana[2], 1930–cü ildə isə Dağıstandan Türkmənistana[3] sürgün edildi. 1933–cu ildə xanımı və hələ 3 aylıq körpə olan oğlu ilə xəlvəti İrana keçməyə nail olur, ancaq orda da bir müddət ağır işgəncəyə məruz qalan şairi azad edən İran rəsmiləri Məşhədə göndərirlər.[4] 1933–cü ildə Türkiyəyə gələn şair bu ölkə timsalında özünə ikinci vətən tapmış və burda 17 il ömür sürmüşdür.[5] Şair 1952–ci il yanvarın 14–də bir ay əvvəl, 1951–ci ilin dekabrında bələdiyyəsində işə başladığı Malatyanın Qala qəsəbəsində dünyasını dəyişdi.[6]
Mənbə:
[1] Almas İldırım. Seçilmiş əsərləri. Toplayanı, tərtib edəni və ön sözün müəllifi: Maarif Teymur; Redaktoru: Nikpur Cabbarlı. Bakı: "Öndər nəşriyyat", 2004, s. 6. ISBN 9952-416-03-1
[2] Məlahət Rzayeva. "Şərq" qəzeti. — 2011. — 29 noyabr. — S. 11.
[3] Almas İldırım. Seçilmiş əsərləri. Toplayanı, tərtib edəni və ön sözün müəllifi: Maarif Teymur; Redaktoru: Nikpur Cabbarlı. Bakı: "Öndər nəşriyyat", 2004, s. 10. ISBN 9952-416-03-1
[4] Almas İldırım. Seçilmiş əsərləri. Toplayanı, tərtib edəni və ön sözün müəllifi: Maarif Teymur; Redaktoru: Nikpur Cabbarlı. Bakı: "Öndər nəşriyyat", 2004, s. 11. ISBN 9952-416-03-1
[5] Almas İldırım. Seçilmiş əsərləri. Toplayanı, tərtib edəni və ön sözün müəllifi: Maarif Teymur; Redaktoru: Nikpur Cabbarlı. Bakı: "Öndər nəşriyyat", 2004, s. 12. ISBN 9952-416-03-1
[6] Almas İldırım. Seçilmiş əsərləri. Toplayanı, tərtib edəni və ön sözün müəllifi: Maarif Teymur; Redaktoru: Nikpur Cabbarlı. Bakı: "Öndər nəşriyyat", 2004, s. 13. ISBN 9952-416-03-1
[7] Almas İldırım. Seçilmiş əsərləri. Toplayanı, tərtib edəni və ön sözün müəllifi: Maarif Teymur; Redaktoru: Nikpur Cabbarlı. Bakı: "Öndər nəşriyyat", 2004, s. 115. ISBN 9952-416-03-1

"Əsir Azərbaycanım" şeiri[7]
Nerdə məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə “layla balam” çağıran,
Azərbaycan, mənim baxtsız anam oy,
Neçə bir il həsrətinlə yanam oy ?..
Salam desəm, ruzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırar oy !..
Hökm etsə, bu sərsəm gediş dursa oy !..
Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adı dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum oy !..
Ölməz eşqim, içimdəki dərdim oy !
Gönlümə tək Kəbə yapdım səni mən,
Sənsiz nedəm qürbət eldə günü mən,
Sənsiz nedəm Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taxtım oy !
Oyanmazmı kor olası baxtım oy ?!