1 Ağustos 2018 Çarşamba

İvan Vasilyeviç Qudoviçin 7 mart 1808–ci il tarixli hesabatı

    General–feldmarşal, qraf İvan Vasilyeviç Qudoviç (d. 1741 — ö. 1820; ukrayın mənşəli “Qudoviçlər” zadəgan sülaləsindən; Gümrü qalası yaxınlığında Arpaçay sahilində 1807–ci ildə baş vermiş “Arpaçay döyüşü”ndə Osmanlı ordusuna qalib gəldikdən sonra generel–feldmarşal rütbəsinə yüksəldildi) [1806–cı ildən 1809–cu ilədək “Gürcüstan və Dağıstandakı qoşunların baş komandanı” oldu] Rusiya İmperiyasının xarici işlər naziri qraf Nikolay Petroviç Rumyantsevə ünvanlanmış yuli təqvimi ilə 7 mart [qriqori təqvimi ilə 19 mart] 1808–ci il tarixli 30 nömrəli hesabatında (rus. «Отношенiе гр. Гудовича къ гр. Румянцову, отъ 7–го марта 1808 года, № 30.») yazıb:

«... персияне сами признаются, что часть Адербейджана, находящаяся ныне под владением России, всегда им ненадежна была.»
“Persiyalılar özlәri etiraf edirlәr ki, Aderbeycanın indi Rusiya hakimiyyәti altında olan hissәsi hәmişә onlara etibarsız olub.”


Qeyd: rus imperiya ordusu 1808–ci ilədək İrəvan, Naxçıvan və Talış xanlıqları xaric Azərbaycanın quzeyindəki bütün torpaqları  işğal etmişdi.

Mənbə: Акты, собранные Кавказскою археографическою комиссiею. Архивъ главнаго Управленiя Намѣстника Кавказскаго. Томъ III. Изданъ подъ редакцiею предсѣдателя комиссiи дсс. Ад. Берже. Тифлисъ: Типографія Главнаго Управленія Намѣстника Кавказскаго, 1869, стр. 449–450.