Şah İsmayıl Xətainin türkcə "Divan"ına daxil olan qəzəllərindən biri:
Heç sənin tək görmədim bir dilbəri–hurü pəri,
Sərv bоylu, lalə yüzlü, ğönçə ləb, məh peykəri.
Ta səni gördü gözüm, оldum özümdən bixəbər,
Xanda gördü gözlərim bilmən sənin tək dilbəri?
Eşigin rizvan, özün huri, cəmalındır pəri,
Rüxlərin cənnət, bоyun tuba, dоdağın kövsəri.
Mərhəba ey dilbəri–Şirazü şuxi–mülki–Çin,
Söylədi hər kim səni gördisə Allah əkbəri.
Qaşların qanımni tökdü, su kimi ötdün rəvan,
Xancəri gedərsən, ey xunxarə dilbər, xancəri?
Ey Xətayi, şоl Xötən türki saçının şəmməsi
Nafeyi–səhrayə saldı bəlkə müşkü ənbəri.
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Ön sözün müəllifi: X. Yusifli; Tərtib edənlər: Ə. Səfərli, X. Yusifli. Bakı: "Şərq–Qərb" nəşriyyatı, 2005, s. 192–193. ISBN 9952-418-43-1