1 Ağustos 2018 Çarşamba

Aşıq Dirili Qurbani: Şah Xətayi

Azərbaycan türk ədəbiyyatının ən parlaq nümayəndələrindən biri olan aşıq Dirili Qurbaninin (XV əsrin sonu – XVI əsr) hamisi Şah I İsmayıl Xətaiyə qoşduğu bir gəraylı:

        ŞAH XƏTAYİ

Gözəl şahim şeyx oğludu,
Şah Xətayi, Şah Xətayi!
Şahi–mərdana bağlıdı,
Şah Xətayi, Şah Xətayi! 


Bu dünyada bir haq divan,
O dünyada cənnətməkan,
Qoy var olsun türki–zəban,
Şah Xətayi, Şah Xətayi!


Qurbani tək qul pənahı,
Qibleyi–aləmin mahı,
Ol cahanın qibləgahı,
Şah Xətayi, Şah Xətayi!


Mənbə: Qurbani. Əsərləri. Tərtib edəni, ön söz, qeyd və izahların müəllifi: Q. Kazımov. Bakı: "Şərq–Qərb" nəşriyyatı, 2006, s. 44. ISBN 9952-34-079-6