Nizami Gəncəvi Xəmsəsinin bilinən ən qədim əlyazmaları Türkiyədə (Süleymaniye Yazma Eser Kütüphanesi) saxlanılır və məsələnin məzəli tərəfi odur ki, türkcədilər. Farsca ən qədim istinsah nüsxəsi isə (hicri 763–cü) 1361/1362–ci ilə aiddir və Parisdə Fransa Milli Kitabxanasında saxlanılır. Farsca qalan bütün istinsah nüsxələri isə əsasən XVI əsrə və daha yaxın zamana aiddir. Türkcə olan, daha doğrusu türkcəyə çevrilmiş nüsxələr isə daha qədimdir və əsasən XIV əsrdə istinsah ediliblər. Nizami Xəmsəsinin farsca olan müəllif əlyazması isə günümüzə gəlib çatmayıb. Aşağıdakı misralar (beyt) "Süleymaniye Yazma Eser Kütüphanesi"də "Ayasofya 3289" şifrəsi ilə saxlanılan, istinsah (üzünün köçürülmə) tarixi hicri təqvimlə 977–ci ilin rəbiüləvvəl ayı, miladi təqvimlə 1569–cu ilin iyul/avqust ayı olan farsca Xəmsənin "Leyli və Məcnun" poemasından götürülüb. Yuxarıda paylaşılan misra Nizaminin "Leyli və Məcnun" əsərindəndir, bunu 1966–cı ildə əsəri türkcə nəşr etdirən Mehmet Faruk Gürtuncanın Ayasofiya Kitabxanasında saxlanılan ən əski farsca əlyazmalardan birində oxuduğunu Nüşabə xanım Araslı (əlbəttə M. F. Gürtuncanın öz qeydinə əsəasən) iddia edib. Ayasofiya Kitabxansının 5 min əlyazmadan ibarət olan fondu 1969-cu ildə tamamiylə Süleymaniyə Kitabxanasına köçürülüb. Bir müddət axtarışdan sonra aydınlaşdı nəhayət söhbət hansı əlyazmadan gedir: Leyli və Məcnunun bu farsca istinsah əlyazamsı "Süleymaniye Yazma Eser Kütüphanesi"ndə "Ayasofya 3289" şifrəsi ilə saxlanılır. Burda verilən misralar təqdimatda da qeyd edildiyi kimi 1569–cu ildə üzü köçürülmüş farsca əlyazmadandır. Nizami Xəmsəsini isə farsca yazıb. Sadəcə əlavə məlumat kimi Türkcəyə tərcümə əlyazmaların da olduğundan bəhs etmişik. M. Faruk Gürtuncanın nəşrindən gətirilib o iqtibas. Gürtunca Leyli və Məcnunun nəzmini Anadolu türkcəsinə uyğunlaşdıranda ön sözdə (ki, genişdir) Türkiyədə olan əlyazmalardan bəhs edib. Və konkret bu misraları hansı əlyazmada oxuduğunu yazıb. Təəssüf ki, Osmanlı əlyazmalrının yalnız rəsmi kataloqlarda adını tapdıq, Türkiyədə əlyazmaları rəqəmsal varianta gətirmək nəsə dəbdə deyil : ola bilsin maliyyə imkanları az olduğu üçün. Bu misraları yoxlamaq üçün gərək qeyd etdiyimiz kitabxnada qeyd etdiyimiz şifrəli əlyazmaya baxılsın. Həmin əlyazmanın olması isə tərəfimizdən yoxlanılıb.
Hicri 557–ci [miladi 1161/1162–ci] ilin şaban ayında Gürcüstandan min nəfər adam Azərbaycanın dairələrinə daxil olan Dovin şəhərinə gəldi; onlar on mindən çox adamı öldürdülər, özləri ilə çoxlu əsirlər apardılar və şəhərin cümə məscidini yandırdılar.[q.1].
2. Sitat.
[2] Genceli 1966, s. 18.
Nizami Genceli. Leylâ ile Mecnun. Farsçadan nazmen çeviren Samed Vurgun, İstanbul Türkçesine göre düzenleyen M. Faruk Gürtunca. İstanbul: Ülkü Kitap Yurdu, 1966, s. 18, 199.
Hicri 557–ci [miladi 1161/1162–ci] ilin şaban ayında Gürcüstandan min nəfər adam Azərbaycanın dairələrinə daxil olan Dovin şəhərinə gəldi; onlar on mindən çox adamı öldürdülər, özləri ilə çoxlu əsirlər apardılar və şəhərin cümə məscidini yandırdılar.[q.1].
Qeydlər:
1. Araslı 1980, s. 5 2. Sitat.
İstinadlar:
[1] Araslı 1980, s. 5. [2] Genceli 1966, s. 18.
Ədəbiyyat:
Nüşabə Araslı. Nizami və Türk ədəbiyyatı. Redaktor: R. Azadə; AzSSR EA Nizami adına Əİ. Bakı: "Elm" nəşriyyatı, 1980, 205 s.Nizami Genceli. Leylâ ile Mecnun. Farsçadan nazmen çeviren Samed Vurgun, İstanbul Türkçesine göre düzenleyen M. Faruk Gürtunca. İstanbul: Ülkü Kitap Yurdu, 1966, s. 18, 199.