7 Ağustos 2018 Salı

Əbdürrəzzaq Səmərqəndi

Ədürrəzzq Səmərqəndi[q.1] (fars. عبدالرزاق سمرقندی; tam adı: Kəmal əd–din Əbd ür–Rəzzaq ibn Cəlal əd–din İshaq Səmərqəndi[q.2]; d. 1413, Herat – ö. 1482, Herat) — orta əsr səlnaməçisi. Uzun müddət Teymurilərin sarayında (Səmərqənd) xidmət etmişdir. 1463–cü ildən Sultan Şahruxun Heratdakı xanəgahının şeyxi idi. Fars dilində yazdığı "Mətlə əs–sədeyn və məcmə əl–bəhreyn" ("İki xoşbəxt ulduzun doğulması və iki dənizin birləşməsi") əsəri 1304–1471–ci illərdə baş vermiş hadisələrdən bəhs edir. Əsərin 2–ci cildində Çobanilər, Cəlairilər, Qaraqoyunlular, Şirvanşahlar haqqında, Teymurilərin Azərbaycana yürüşləri, onların Şirvanşahlarla münasibətləri, Azərbaycanda baş vermiş xalq hərəkatları və sairə haqqında məlumat var.

Qeydlər:
1. Azərbaycan türkcəsində yazılımış elmi ədəbiyyatda səlnaməçinin adı qısa şəkildə "Əbdürrəzzaq Səmərqəndi"[1] və ya "Əbd ür–Rəzzaq Səmərqəndi"[2][3] olaraq verilir.
2. Səlnaməçinin tam adı əksər mənbələrdə "Kəmal əd–din Əbd ür–Rəzzaq ibn Cəlal əd–din İshaq Səmərqəndi"[4][5][6][7] kimi, ASE–də isə "Əbd ür–Rəzzaq Kəmal əd–din ibn Cəlal əd–din İshaq Səmərqəndi"[3] olaraq verilib. 
İstinadlar:
[1] Nəcəfli, 2012, s. 12, 32, 42, 101, 142. 
[2] Aşurbəyli 2006, s. 12.
[3] Сәмəргəнди 1984, s. 379.
[4] Bilgin 1988, s. 299.
[5] Стори 1972, s. 820.
[6] Günaltay 1991, s. 384.
[7] Browne 1928, p. 389, 428.
Ədəbiyyat: 
Edward G. Browne. A literary history of Persia. Vol. 3. The Tatar dominion (1265–1502). 2nd impression, with change of title. Cambridge: Cambridge University Press, 1928, pp. 389–390, 397, 428–430.
Ч. А. Стори. Персидская литература: био–библиографический обзор. В трех частях. Часть II. Перевел с английского, переработал и дополнил Юу. Э. Брегель; Ответственный редактор: Ю.Э. Борщевский. Москва: Главная редакция восточной литературы, 1972, стр. 820–828.
Сәмəргəнди // Азәрбајҹан Совет Енсиклопедијасы. VIII ҹилд: Прадо – Спринт. Баш редактop: Ҹ. Б. Гулиjeв. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы, 1984, с. 379.
W. Barthold–Mohammad Shafi. ʿAbd al–Razzāḳ al–Samarḳandī // The Encyclopaedia of Islam: New Edition. Volume I: A–B. Leiden: E. J. Brill, 1986, pp. 90–91. ISBN 9004081143
Orhan Bilgin. Abdürrezzâk es–Semerkandî // TDV İslâm Ansiklopedisi. 1. Cilt. Ankara: TDV Yayınevi, 1988, s. 299–300. 
M. Şemseddin Günaltay. İslam Tarihinin Kaynakları: Tarih ve Müverrihler. Hazırlayan: Yüksel Kanar. İstanbul: Endelüs Yayınları, 1991, s. 384–386. 
Aşurbəyli S. B. Şirvanşahlar dövləti: VI–XVI əsrlər. Ruscadan tərcümə edən: A. Bağırov; Redaktor: E. Məmmədyarova. Bakı: "Avrasiya Press", 2006, s. 12. ISBN 978-9952-53-8
Nəcəfli T. H. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri (Müasir Türkiyə tarixşünaslığında). Elmi redaktor: Y. Mahmudov. Bakı: Çaşıoğlu, 2012, s. 12, 32, 42, 101, 142. ISBN 978-9952-27-358-8